Advertisement

Yeni Kaledoniyada iğtişaşlarda ölənlərin sayı 6-ya çatıb

Bakı. Trend:

Yeni Kaledoniyada iğtişaşlarda daha bir nəfər ölüb.

Trend xəbər verir ki, bu barədə “BFMTV” telekanalı məlumat
yayıb.

Bildirilib ki, söhbət adanın şimal hissəsindəki şəhərlərdən
birində atışmada həlak olan kişidən gedir.

Qeyd olunub ki, bununla iğtişaşlar başlayandan sonra ölənlərin
sayı 6 nəfərə çatıb.

Bundan başqa, iki nəfərin yaralandığı bildirilib. Yaralanan
şəxslər yerli xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Parisdə Yeni Kaledoniyada 10 il yaşayan Fransa
sakinlərinə əyalət seçkilərində səsvermə hüququ verən qanun
layihəsinin qəbul edilməsi adada iğtişaşlara səbəb olub. Yerli
liderlərin fikrincə, bu yerli əhali olan kanakların səslərinin
gücünü azaldacaq.

Fransa hökuməti adaya çox sayda hərbçi, polis, jandarma
qüvvələri və xüsusi xidmət orqanlarının əməkdaşları göndərib.

Yüzlərlə etirazçı həbs edilib, bütün nümayiş və aksiyalar, eləcə
də, sosial şəbəkələr qadağan edilərək bağlanılıb. Jurnalistlərin
adaya girişi məhdudlaşdırılıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun