Bakı. Trend:
Slovakiya baş naziri Robert Fitsoya sui-qəsd təşkil etməkdə
şübhəli bilinən Yuray Çintula məhkəmə qarşısına çıxarılıb.
Trend xəbər
verir ki, bu barədə Slovakiya KİV məlumat yayıb.
Məlumata görə, 71 yaşlı yazıçı Çintula gücləndirilmiş
təhlükəsizlik tədbirləri ilə Pezinok şəhərindəki xüsusi cinayət
məhkəməsinə çatdırılıb.
Xatırladaq ki, mayın 15-də Slovakiya Nazirlər Kabinetinin
iclasından sonra Robert Fitso ictimaiyyət qarşısına çıxdıqda ona
bir neçə dəfə atəş açılıb. Yaralanan baş nazir xəstəxanaya
yerləşdirilib və əməliyyat olunub. Əməliyyatın uğurlu keçdiyi
açıqlanıb.
Slovakiyanın ətraf mühitin mühafizəsi nazirinin müavini Filipp
Kuffa sosial şəbəkə hesabında baş nazir Robert Fitsonun
vəziyyətinin stabil olduğunu açıqlayıb.
Robert Fitsoya sui-qəsd etməkdə şübhəli bilinən 71 yaşlı yazıçı
Yuray Çintula saxlanılıb. Çintulanın radikal qruplaşmanın üzvü
olmadığı və təkbaşına hərəkət etdiyi müəyyən edilib.





























