Bakı. Trend:
Seneqalın Baş naziri Usman Sonko Afrikanın qərbində yerləşən bu
ölkədə Fransa hərbi bazalarının bağlanılması ehtimalı barədə sualı
cavablandırıb.
Trend xəbər verir ki, qitənin parlaq siyasətçilərindən bir olan
Sonko Fransanın keçmiş müstəmləkələrində törətdiyi sui-istifadə
hallarını tənqid etməsi ilə tanınır.
Hazırda Seneqalda 250 fransız hərbçisi var.
Usman Sonko paytaxt Dakarda fransız solçu siyasətçi Jan-Lyuk
Melenşonla birgə mətbuat konfransında bildirib:
“Müstəqilliyimizdən 60 ildən çox vaxt keçməsinə baxmayaraq,
Fransa ordusunun ölkəmizdəki bir neçə hərbi bazadan hələ də
faydalanmasının səbəblərini və bu varlığın milli suverenliyimizə və
strateji muxtariyyətimizə təsirini şübhə altına almalıyıq.
Mən burada Seneqalın öz ərazilərində nəzarətə sahib olmaq
istəyini təkrar edirəm, bu da ölkədə xarici hərbi bazaların uzun
müddət mövcudluğu ilə bir araya sığmır… Bir çox ölkələr müdafiə
sazişləri vəd edib, lakin bu, Dakarın bölgələrinin üçdəbir
hissəsinin xarici qarnizonlar tərəfindən işğal olunmasına bəraət
qazandırmır”.
Seneqala qonşu ölkələr – Mali, Burkina-Faso və Niger artıq
Fransa qoşunlarının çıxarılmasına nail olub.





























