Advertisement

Qarabağ Universitetinin bukleti hazırlandı (FOTO)

Bakı. Trend:

2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq Qarabağ
Universitetinin bukleti hazırlanıb.

Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, universitetdə pedaqoji, iqtisadiyyat, humanitar
və sosial elmlər, mühəndislik, incəsənət, turizm olmaqla 6 fakültə
üzrə bakalavriat səviyyəsinə tələbə qəbulu həyata keçiriləcək.