Bakı. Trend:
Hindistanın şimalındakı Haryana ştatında şənbə günü avtobusun
alovlanması nəticəsində 9 nəfər həlak olub, 15 nəfər isə yanıq
xəsarətləri alıb.
Trend “Hindistan Times” saytına istinadən xəbər verir ki, qonşu
Pəncab əyalətindən olan hindu dindarlarını, o cümlədən qadın və
uşaqları daşıyan nəqliyyat vasitəsi Kundli-Manesar-Palval ekspress
yolunda yanıb.
Rəsmilərin məlumatına görə, içərisində təxminən 60 nəfər olan
avtobus hərəkətdə olarkən alışıb. Yaralılar dərhal xəstəxanaya
yerləşdirilib və vəziyyətləri stabildir.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.





























