Advertisement

Azərbaycanın Latviyadakı Səfirliyi və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə Liepayada “Azərbaycan Günü” təşkil olunub (FOTO)

Bakı. Trend:

16 may 2024-cü il tarixində Azərbaycan Respublikasının
Latviyadakı Səfirliyi, “Azərxalça” ASC və Liepaya Musiqi, İncəsənət
və Dizayn Orta Məktəbinin təşkilatçılığı ilə Latviya və Azərbaycan
arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunan
təbrilər çərçivəsində 2027 il üçün Avropanın mədəniyyət paytaxtı
seçilmiş Liepaya şəhərində “Azərbaycan Günü” təşkil olunub.

“Azərxalça” ASC-dən Trend-ə verilən məlumata görə, Azərbaycanın
Latviyadakı Səfirliyi, “Azərxalça”ASC və Liepaya İnteryer Muzeyinin
birgə layihəsi çərçivəsində sözügedən Muzey üçün əllə toxunmuş
xüsusi “Azərxalça” imzalı “Şadlıq” adlı Qarabağ xalçasının hədiyyə
edilmə mərasimi keçirilib. Tədbirdə Liepaya meriyasının, İnteryer
Muzeyinin, yerli mədəni, ictimai və mətbuat dairələrin
nümayəndələri və Latviyada yaşayan Azərbaycan icmasının üzvləri
iştirak ediblər.

Tədbirdə şəhərin meri Qunars Ansinş, Azərbaycanın Latviyadakı
səfiri Elnur Sultanov və “Azərxalça” ASC İdarə heyətinin sədri,
Əməkdar İncəsənət xadimi Emin Məmmədov geniş nitqlə çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Azərbaycan 2027-ci il üçün “Avropanın
Mədəniyyət Paytaxtı” seçilmiş Liepaya şəhərinin ilk beynəlxalq
tərəfdaşı olub və ikitərəfli səmərəli əməkdaşlıq qurulub. Keçmişlə
müasirin sinergiyası” sərgisi yerli və xarici xalçasevərlərə
nümayiş olunub. Qeyd olunub ki, son dövr ərzində Azərbaycanın
Latviyadakı Səfirliyinin dəstəyi ilə Liepaya şəhərində bir sıra
mədəni tədbirlər təşkil olunub. Xatırlanıb ki, 2023-cü ildə
Azərbaycan Səfirliyinin, “Azərxalça” ASC və Liepaya Muzeyinin birgə
təşkilatçılığı ilə muzeydə “Azərbaycan xalçaları. Çıxış edənlər iki
ölkə arasında mövcud olan dostluq və əməkdaşlığın rəmzi olaraq
İnteryer Muzeyinə “Şadlıq” adlı xalçanın hədiyyə edilməsini
əlamətdar hadisə olduğunu bildiriblər.

Daha sonra “Azərbaycan Günü” çərçivəsində Liepaya şəhərinin
“Lielais dzintars” ən mötəbər konsert zalında bayram konserti və
Azərbaycanın füsunkar təbiətini və zəngin mədəniyyətini əks etdirən
fotosərgi keçirilib.

Konsertdə “Cəngi” etno-caz qrupunun solisti, tar ifaçısı
Mircavid Cəfərov ilə yanaşı, beynəlxalq müsabiqələrin və caz
festivallarının laureatı, pianoçu Elbəy Məmmədzadə, Liepaya Musiqi
Məktəbinin caz departamentinin rəhbəri, həmyerlimiz Rüstəm Bağırov
və məktəbin tələbələrindən ibarət “Amber Strings” simli ansamblı
çıxış edib. Tədbir üçün məhşur Azərbaycan müsiqi parçalarından
ibarət xüsusi konsert proqramı təqdim edilib.