Advertisement

İsrail ordusu Rafahın şərqində silahlıları zərərsizləşdirib

Bakı. Trend:

İsrail ordusunun (ÇAXAL) zirehli-tank diviziyasının əsgərləri
Rəfah şəhərinin şərqində gedən döyüşlər zamanı 130 fələstinli
silahlını məhv edib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusu “Telegram”
kanalında bildirib.

Məlumata əsasən, onlarla yeraltı tunellər aşkar edilib. Briqada
silahlıların yüzlərlə infrastrukturunu, o cümlədən silah sexləri və
raket buraxılış məntəqələrini məhv edib.

Bundan əlavə, İsrail “Qivat” ​​Briqadası xeyli sayda zenit
silahı da daxil olmaqla geniş tunellər şəbəkəsi, həmçinin silah və
sursat aşkar edib.