Advertisement

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

23 tunisli qeyri-qanuni miqrant İtaliyaya keçmək istəyərkən
Aralıq dənizində itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə Tunis Milli Qvardiyasının
şənbə günü yaydığı bəyanatda bildirilib.

“23 nəfərlik tunisli miqrant qrupu mayın 3-də gecə saatlarında
şimal-qərbdəki Nabeul əyalətinin Korba sahillərini tərk edərək
Aralıq dənizi ilə qanunsuz yollarla İtaliyaya keçməyə cəhd
ediblər”, – Tunis Milli Qvardiyasının “Facebook” səhifəsində dərc
edilmiş bəyanatda deyilib.

“23 nəfərin ailəsi mayın 14-ü və 15-də onlarla əlaqənin
kəsildiyini bildiriblər”, – deyə məlumatda vurğulanıb.

İtkin düşən qeyri-qanuni miqrantların axtarışları davam
edir.

Yeri gəlmişkən, Tunis təhlükəsizlik qüvvələri bu immiqrasiya
cəhdinin beş təşkilatçısını həbs edib.