Advertisement

“Telegram” heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

Bakı. Trend:

Yaxın gələcəkdə “Telegram” messencerində bir sıra dəyişikliklər
ediləcək – tezliklə heşteqlərin köməyi ilə həyata keçiriləcək
qlobal axtarış funksiyası işə düşəcək. Bu barədə platformanın
qurucusu Pavel Durov məlumat verib.

Trend-in
məlumatına görə, heşteqlərin tətbiqi istifadəçilərə bütün ictimai
kanallarda məlumatları tapmağa imkan verəcək.

Durovun sözlərinə görə, bu ayın sonunda heşteqlərə daxil
olmaqla, onun aid olduğu ictimai teleqram kanallarındakı bütün
yazılara baxmaq mümkünləşəcək. Hazırda, əgər yalnız hər bir fərdi
kanalın içərisində heşteqi olan yazıları axtarmaq mümkündürsə,
funksiyalardakı yenilik kanallar üçün auditoriyanı daha da
genişləndirəcək.