Bakı. Trend:
Silahlı qruplaşma Sudanın mərkəzində yerləşən Gezira
əyalətindəki kəndə hücum zamanı azı 8 mülki şəxsi öldürüb.
Trend-in
məlumatına görə, bu barədə Gezira əyalətinin paytaxtı Vad
rayonundakı müqavimət komitəsi məlumat yayıb.
Komitənin açıqlamasında bildirilir ki, silahlı qruplaşma talan
etmək məqsədi ilə Gezira əyalətinin Əl-Hoş məntəqəsinin Vad
Əl-Munir kəndinə hücum edib. “Hücum nəticəsində səkkiz gənc
vətəndaş həlak olub, çoxlu sayda insan yaralanıb”, – məlumatda
deyilir.
Qeyd edək ki, Çevik Dəstək Qüvvələri adlandırılan silahlı
qruplaşma 2023-cü ilin dekabrında Sudan Silahlı Qüvvələri Vad
rayonundan geri çəkildikdən sonra Gezira əyalətinə nəzarəti ələ
keçirib.





























