
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində sursat aşkar edilməsi
barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən xəbərə görə,
məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin
(XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb
edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq
təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış
zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl
qumbarası olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən
zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

























