Advertisement

Yanvar-fevral aylarında Türkiyənin Türkmənistana hazır geyim məhsulları ixracı 2 milyon dolları ötüb

Bakı. Trend:

2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin Türkmənistana
hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə
8,3 faiz azalaraq, 2,2 milyon dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət
Nazirliyindən bildiriblər.

“Bu ilin fevral ayında Türkiyə Türkmənistana 1,3 milyon dollar
məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin
fevral ayı ilə müqayisədə 1,4 faiz çoxdur”, – deyə nazirlikdən
bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin
hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə
8,6 faiz azalaraq, 2,9 milyon dollara bərabər olub.

Bu ilin fevral ayında Türkiyə 1,5 milyon dollar məbləğində hazır
geyim məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə
müqayisədə 4,6 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2023-fevral 2024)
Türkiyə 19 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac
edib.