Advertisement

Türkiyə İranda qəzaya uğrayan helikopterini axtarışı üçün xilasedicilər göndərib

Bakı. Trend:

Türkiyə hökuməti rəsmi Tehranın xahişi əsasında İran Prezidenti
İbrahim Rəisinin olduğu helikopterin qəza enişi etdiyi bölgəyə gecə
görmə qabiliyyətinə malik helikopter ilə xilasedici qruplar
göndərib.

Trend-in
məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə
Olunması Agentliyinin (AFAD) paylaşımında bildirilib.

Məlumata əsasən, İran tərəfinin dəstək xahişi AFAD-a Türkiyə
Xarici İşlər Nazirliyinin kanalları ilə daxil olub.

Qəza bölgəsinə Türkiyənin Van və Ərzurum vilayətlərindən 32
xilasedici ilə 6 nəqliyyat vasitəsi göndərilib. Həmçinin, Ankara,
Diyarbəkir və Konya vilayətlərindən də ümumilikdə 45 xilasedici
hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər
naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə
nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin
valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin
sərt eniş etdiyi bildirilir. Qəzadan sonra helikopterlə iki dəfə
əlaqə saxlanılıb. Sonradan əlaqə kəsilib.