Advertisement

İran prezidentinin helikopterinin sərt eniş etdiyi ehtimal olunan yeni bir məkan müəyyənləşib

Bakı. Trend:

İran prezidenti İbrahim Rəisini Xudafərindən Təbrizə aparan
helikopterin sərt eniş etdiyi yeni bir məkan müəyyənləşib.

Trend-in
məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri
Pirhüseyn Kulivənd deyib.

Onun sözlərinə görə, əldə olunan məlumatlar əsasında
axtarış-əməliyyat qrupları ərazidə axtarış aparırlar. Daha çox
ehtimal olunan ərazilərdə axtarış əməliyyatları keçirilib.

Kulivənd deyib ki, hava şəraiti qeyri-münasibdir. Həm yağış
yağır, həm də dumanlıdır.

Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər
naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə
nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin
valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin
sərt eniş etdiyi bildirilir. Qəzadan sonra helikopterlə iki dəfə
əlaqə saxlanılıb. Sonradan əlaqə kəsilib.