
Bakı. Trend
Ceyranların mühafizəsi, tarixi areallarının bərpası,
reintroduksiyası, populyasiyalarının formalaşmasına töhfə verilməsi
məqsədilə növbəti dəfə Acınohur düzünün Qax Dövlət Təbiət
Yasaqlığına aid ərazisinə ceyranların buraxılması həyata
keçirilib.
Trend xəbər
verir ki, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı
nazirliklərinin, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF), Qax
rayon İcra Hakimiyyətinin nümayəndələrinin, ETSN yanında İctimai
Şuranın üzvlərinin və ekokönüllülərin iştirakı ilə 8 baş ceyran
təbiətə buraxılıb.





























