Advertisement

İran prezidentinin həlak olduğu helikopterdə 9 nəfər olub

Bakı. Trend:

İran prezidenti İbrahim Rəisini Xudafərindən Təbrizə aparan
helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.

Bu barədə Trend
İran KİV-ə istinadən məlumat verib.

Helikopterdə İran prezidenti ilə yanaşı, xarici işlər naziri
Hüseyn Əmir Abdullahiyan, İranın Ali Liderinin Təbriz üzrə
nümayəndəsi və Təbrizin cümə imamı Məhəmməd Əli Ali Haşim, Şərqi
Azərbaycan valisi Malik Rəhməti, İran Prezidentinin mühafizə
xidmətinin əməkdaşı Mehdi Musəvi, İran İslam İnqilabı Keşikçilər
Korpusunun (SEPAH) Ənsar Əl-Mehdi batalyonunun əməkdaşı, iki pilot
və Kruçev adlı naməlum bir şəxs olub.