Bakı. Trend:
Tacikistan və Azərbaycan qarşılıqlı ticarət dövriyyəsini
artırmaq üçün potensiala malikdir.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Respublikasının İxracın və
İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru
Yusif Abdullayev Bakıda keçirilən “Azərbaycan-Tacikistan” biznes
forumunda deyib.
“Tacikistan və Azərbaycan qarşılıqlı ticarət dövriyyəsini
artırmaq üçün nəhəng potensial malikdir. Ümid edirəm ki, bu forum
iqtisadi münasibətlərin yeni səviyyəyə çıxmasına kömək edəcək”, – o
deyib.
Y.Abdullayev Tacikistanın İnvestisiyaların Təşviqi Agentliyi ilə
AZPROMO-nun əməkdaşlığı aktiv şəkildə inkişaf etdirdiklərini
vurğulayıb.
O həmçinin qeyd edib ki, forumun yekunlarına əsasən bir sıra
sənədlərin imzalanması planlaşdırılır.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən,
Azərbaycan və Tacikistan arasında əmtəə dövriyyəsi 2023-cü ildə
6,127 milyon ABŞ dolları olub ki, bu da 2022-ci illə (5,949 milyon
dollar) müqayisədə 2,98 faiz çoxdur.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























