Advertisement

İsrailin İran prezidentini aparan helikopterin qəzaya uğraması ilə əlaqəsi yoxdur – KİV

Bakı. Trend:

İsrailin İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri
Hüseyn Əmir Abdullahianı aparan helikopterin qəzaya uğraması ilə
əlaqəsi yoxdur.

Trend xəbər
verir ki, bu barədə “Reuters” agentliyi adı açıqlanmayan İsrail
rəsmisinə istinadən məlumat yayıb.

“Bunun bizimlə əlaqəsi yoxdur”, – İsrail rəsmisi agentliyə
deyib.

Qeyd edək ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici
işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz
üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan
vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan
helikopterin sərt eniş etdiyi bildirilir.

Helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.
Qəzada həlak olanların nəşləri Təbrizə göndərilib. Axtarış
əməliyyatları dayandırılıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun