Advertisement

Tacikistanda sənayenin inkişafı üçün mühüm potensial mövcuddur – Nazir

Bakı. Trend:

Tacikistanda sənayenin inkişafı üçün mühüm potensial
mövcuddur.

Trend xəbər
verir ki, bu barədə Tacikistanın sənaye və yeni texnologiyalar
naziri Şerali Kabir Bakıda keçirilən “Azərbaycan-Tacikistan” biznes
forumunda deyib.

“Tacikistanda sənayenin inkişafı üçün mühüm potensial mövcuddur.
Hazırda ölkədə 800 növə yaxın faydalı qazıntı yatağı var ki,
bunların təqribən 100-ü işlənilir”, – o deyib.

Nazir 2022-2026-cı illərin”Sənayenin İnkişafı İlləri” elan
edildiyini vurğulayıb.

Onun sözlərinə görə, bu sahədə göstəricilər artacaq. Şerali
Kabir həmçinin Azərbaycanla sənaye sahəsində əməkdaşlıq
imkanlarının olduğunu qeyd edib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən,
Azərbaycan və Tacikistan arasında əmtəə dövriyyəsi 2023-cü ildə
6,127 milyon ABŞ dolları olub ki, bu da 2022-ci illə (5,949 milyon
dollar) müqayisədə 2,98 faiz çoxdur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun