Advertisement

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirildi: parklanma yerləri ləğv edildi

Bakı. Trend:

Cavanşir körpüsünün sökülməsi və təmir işləri ilə əlaqədar bu
gündən nəqliyyatın hərəkəti yenidən təşkil edilir.

Trend Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi yanında Avtomobil Yolları Dövlət Agentliyinə
istinadən xəbər verir ki, müvəqqəti sxemə əsasən, E1 və 125 nömrəli
avtobus marşrutlarının hərəkəti alternativ küçələrlə həyata
keçirilir. Belə ki, E1 nömrəli ekspres avtobusu “28 May” və Puşkin
küçələrindən, 125 nömrəli avtobus isə Rəşid Behbudov, Süleyman
Rəhimov küçələri və Azadlıq prospektindən keçməklə öz xətləri ilə
hərəkətlərini davam etdirir.

Körpünün sökülməsi ilə əlaqədar nəqliyyat vasitələrinin
alternativ keçələrlə mərkəz istiqamətində rahat və maneəsiz
hərəkətini təmin etmək üçün “28 May”, Nizami, Üzeyir Hacıbəyli,
Kövkəb Səfərəliyeva, Sabit Orucov, Yeryomenko və Firuz Qəmbərov
küçələrində mövcud olan bəzi parklanma yerləri müvəqqəti ləğv
olunur.