Bakı. Trend:
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İran İslam
Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər
naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin
helikopter qəzasında həlak olmaları ilə bağlı İranın Birinci
vitse-prezidenti Məhəmməd Moxberə başsağlığı məktubu
ünvanlayıb.
Bu barədə Trend-ə Nazirlər
Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Məktubda Ə.Əsədov İranın Birinci vitse-prezidentinə, həlak
olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib,
İran xalqının kədərinə şərik çıxdığını bildirib.





























