Bakı. Trend:
Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB-) imkanlarının
artırılması üzrə bazar sınağının öhdəlik yaradan mərhələsi
başlayıb.
Bu barədə Trend-ə boru kəmərinin operatoru olan ICGB şirkətindən
bildiriblər.
Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Ukrayna, Moldova
və Slovakiyanın ötürmə sisteminin operatorlarını birləşdirən Şaquli
Qaz Dəhlizi təşəbbüsü çərçivəsində ICGB-nin səyləri Mərkəzi və
Cənub-Şərqi Avropaya, eləcə də Ukrayna və Moldovaya təbii qaz
tədarükləri üçün potensialın artırılması ilə bağlı imkanlarının
təmin edilməsinə yönəlib.
Hazırda interkonnektorun ötürücülük qabiliyyəti illik 3 milyard
kubmetr təşkil edir, müvafiq prosedur uğurla tamamlandıqdan sonra
isə bu göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər.
ICGB bütün maraqlı tərəfləri 24 iyun 2024-cü il tarixinə qədər
qeydiyyat sənədlərini, 2 – 12 iyul 2024-cü il tarixləri ərzində isə
təkliflərini təqdim etməyə dəvət edir. Öhdəlik yaradan mərhələnin
bütün sonrakı mərhələləri növbəti aylarda davam edəcək. Nəticələr
2024-cü ilin sentyabrında açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr
2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.
İnterkonnektorla Bolqarıstana qaz tədarükünün müqavilə həcmi
ildə 1 milyard kubmetrdir. IGB-nin ümumi gücü ildə 5 milyard
kubmetrədək genişləndirilmə imkanı ilə 3 milyard kubmetrdir.
İnterkonnektorun ötürücülük qabiliyyətinin artırılaraq 5 milyard
kubmetri keçməsi əlavə qaz kəməri inşa etmək hesabına
mümkündür.
X:
@Lyaman_Zeyn
(Tərcümə: Rəna Əbdürəhmanova)





























