Advertisement

Bu İstehsalat Birliyində nöqsanlar aşkarlandı

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri
rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə,
müşavirədə bir sıra məsələlərə, o cümlədən şəhərdə aparılan
quruculuq və yaşıllaşdırma işləri, əsaslı təmir aparılan parklarda
görülən işlərin vəziyyəti və digər məsələlər müzakirə edilib,
işlərin sürətləndirilməsi ilə bağlı təsərrüfat xidmətləri
rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Müşavirədə verilən tapşırıqların icra vəziyyəti, xüsusilə
paytaxtın lift təsərrüfatının vəziyyəti ilə bağlı Bakı şəhər
“Lifttəmir” İstehsalat Birliyində aparılan yoxlamaların nəticələri
müzakirə edilib. Aparılan araşdırmalar zamanı bir sıra nöqsanlar
aşkarlanıb.

Belə ki, çoxmərtəbəli yaşayış binalarının əksəriyyətində liftə
aid xidməti otaqların bəzilərinin sakinlər tərəfindən zəbt
edilməsi, bəzilərində qapıların olmaması, istismar müddəti bitmiş
bir sıra liftlərin kabinalarının qeyri-qənaətbəxş olması və s.
müəyyən edilib.
Eyni zamanda qeyd edilib ki, paytaxtda liftlərlə bağlı vəziyyət
yaxşılığa döğru irəliləyib və mövcud nöqsanların ən qısa zamanda
aradan qaldırılması ilə bağlı Bakı Şəhər “Lifttəmir” İstehsalat
Birliyinin direktoru Xalid Ələkbərova və Bakı Şəhər Mənzil
Kommunal-Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyevə
müvafiq tapşırq verilib.

Müşavirədə həmçinin şəhər parklarının və istirahət guşələrinin
abadlaşdırılmasının carı vəziyyəti təhlil edilib, vəziyyətin
qənaətbəxş olduğu qeyd olunub və bu istiqamətdə də işlərin
gücləndirilməsi ilə bağlı müvafiq təsərrüfat strukturlarına
tapşırıq verilib.