
Zəngilan. Trend:
Media nümayəndələri Zəngilan şəhərində olublar.
Trend-in Qarabağ bürosunun məlumatına görə, Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinin nümayəndəsi Fərid Yusubov media
nümayəndələrinə bildirib ki, Zəngilan şəhərində yolların ümumi
uzunluğu 31 kilometr olacaq, velosiped və piyada zolaqları
yaradılacaq.
“Layihə üzrə şəhərdaxili yolların ümumi uzunluğu 31 kilometrdir.
Layihənin birinci mərhələsində ümumilikdə 17,14 kilometr
uzunluğunda yollar salınacaq. İki və dörd hərəkət zolaqlı bu
yolların eni 18-34 metr olacaq. Yolboyu velosiped və piyada
zolaqları yaradılacaq, yaşıllıqlar salınacaq”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini
qoyub.





























