Advertisement

18 yaşadək nikaha daxil olma ilə bağlı istisnanın ləğv edilməsi təklif edilir

Bakı. Trend:

18 yaşadək nikaha daxil olma ilə bağlı tətbiq edilən istisnanın
ləğv edilməsi təklif edilir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il
üzrə Məlumatında qeyd edilib.

Bundan əlavə, erkən nikahhallarının qarşısının alınması üçün
mövcud cəza tədbirlərinin tətbiq olunması; xüsusilə sosial cəhətdən
əlverişsiz ailələrdə qızların təhsilinə dəstək üçün sosial
tədbirlərin gücləndirilməsi; erkən nikah halları və erkən
nikahların fəsadları haqqında geniş məlumatlandırma tədbirlərinin
genişləndirilməsi təklif edilir.