Advertisement

Bu şəxslər üçün alternativ təhsil proqramlarının təşkil olunması təklif edilir

Bakı. Trend:

Erkən nikaha daxil olan yeniyetmələrin təhsilinin davam
etdirmələri üçün alternativ təhsil proqramlarının təşkil olunması
təklif edilir.

Trend-in
məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə
Məlumatında qeyd edilib.

Eyni zamanda məktəb psixoloqlarının uşaq hüquqlarının qorunması
istiqamətində mütəmadi olaraq təlim və seminarlara cəlb edilməsi
təklif edilir.