Advertisement

Azərbaycan Akkreditasiya Mərkəzinin fəaliyyəti beynəlxalq standartlara tam uyğun olacaq

Bakı. Trend:

Azərbaycan Akkreditasiya Mərkəzinin fəaliyyəti beynəlxalq
standartlara tam uyğun olacaq və bu istiqamətdə müvafiq işlər
görülür.

Trend xəbər
verir ki, bu barədə bu gün Antiinhisar Nəzarəti və İstehlak
Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) rəis müavini İlqar
Həsənov Bakıda keçirilən Milli Metrologiya Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycanda malların mənşə ölkəsinin
müəyyən edilməsi, ekspertizaların keçirilməsi və mənşə
sertifikatının verilməsi sahəsində normativ tənzimləmənin
təkmilləşdirilməsi məqsədilə normativ hüquqi aktların layihələri
hazırlanıb.

“Bugünədək Azərbaycanda “Texniki tənzimləmə haqqında” və
“Standartlaşdırma haqqında” qanunlar və bu qanunlardan irəli gələn
normativ hüquqi aktlar qüvvədədir. Lakin hüquqi baza
genişləndirilməlidir”, – deyə o bildirib.

Dövlət Xidmətinin digər nümayəndəsi Elməddin Quliyev
akkreditasiya mövzusu ilə bağlı bildirib ki, AİBNDX 2023-2024-cü
illərdə akkreditasiya olunmuş müəssisələr tərəfindən bir sıra
qanunvericilik tələblərinin pozulması hallarını aşkarlayıb.

“Bu dövr ərzində 37 müəssisədə uyğunluğunun müəyyən edilməsi
məqsədilə yoxlamalar aparılıb. Yoxlamalar zamanı 16
akkreditasiyadan yayınma, 4 akkreditasiyasız fəaliyyət, 2
sənədlərin təsdiqlənmiş formaya uyğun gəlməməsi halı aşkarlanıb”, –
deyə E.Quliyev əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun