Advertisement

Paşinyan Ermənistan parlamentində hakim partiyanın deputatları ilə qapalı iclas keçirib

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə ölkənin hakim
“Vətəndaş Müqaviləsi” partiyasının deputatları ilə qapalı iclas
keçirib.

Trend erməni
KİV-ə istinadən xəbər verir ki, Ermənistan hökumətinin rəsmilərinin
də iştirak etdiyi iclasda ölkənin iqtisadi inkişafı ilə əlaqədar
məsələlər müzakirə olunub.

Xatırladaq ki, martın 6-da Ermənistanın hakim “Vətəndaş
müqaviləsi” partiyasından olan deputatlar Ermənistan Təhlükəsizlik
Şurasının katibi Armen Qriqoryanı parlamentdə qapalı görüşə
çağırıb.

Ermənistan KİV deputatların Qriqoryanla Ermənistanın Avropa
İttifaqına (Aİ) üzvlüyə namizədlik məsələsini müzakirə edəcəyini
yazıb.

Qeyd edək ki, Ermənistan KİV ölkənin baş naziri Nikol Paşinyanın
payıza qədər Avropa İttifaqına üzvlüyə namizədlik üçün müraciət
etmək istədiyini yazıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun