
Bakı. Trend:
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”
Azərbaycanın milli mədəni irsinin qorunması və dünyada təbliği
istiqamətində təşəbbüslərini davam etdirir.
Bu təşəbbüs çərçivəsində “PAŞA Bank” ölkəmizin zəngin xalçaçılıq
sənətinin Avropada tanıdılması və Azərbaycan ilə Latviya arasında
diplomatik münasibətlərin 30 illiyi münasibətilə Avropanın nüfuzlu
mədəniyyət ocağı hesab olunan Latviyanın Dekorativ İncəsənət və
Dizayn Muzeyinə müasir üslubda toxunmuş 3 xalçanı hədiyyə edib. Bu
xalçalar Riqa şəhərində təşkil olunan “Yaddaşın genetik kodu.
Azərbaycan xalçaları” adlı sərgidə nümyayiş olunub.
Qeyd edək ki, Bank “Azərxalça” ASC və “AFFFAIR” markası
tərəfindən qədim xalçaçılıq ənənələri əsasında müasir nümunələrin
hazırlanması layihəsinin tərəfdaşlarından biri olub.
Bu layihədə, “Açma-yumma”, “Qarabağ”, “Naxçıvan”, “Pazırıq” və
“Şəbəkəli” xalçalarının elementlərindən ilhamlanaraq məhdud sayda
hazırlanmış müasir xalça nümunələrinin bir hissəsi mədəni irsin
qorunması, müasirləşdirilməsi və gələcək nəsillərə ötürülməsi
məqsədilə Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına hədiyyə
olunub.





























