Advertisement

Azərbaycandan Rusiyaya nə qədər yumurta idxal edilib?

Bakı. Trend:

Rusiyaya ərzaq yumurtası tədarükü başlayandan indiyədək
Azərbaycan ölkəyə 43,1 milyon ədəd yumurta ixrac edib.

Trend xəbər
verir ki, bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar
Nəzarət üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) məlumat
yayıb.

Məlumata görə, bu il mayın 20-dək Rusiya Belarusdan 280,6 milyon
ədəd yumurta idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə
müqayisədə 2,7 dəfə çoxdur. Qeyd olunan dövrdə Türkiyə Rusiyaya
26,8 milyon ədəd yumurta ixrac edib.

Qeyd olunub ki, 2024-cü il 13-19-may tarixlərində Azərbaycandan
1,2 milyon, Türkiyədən isə 950,4 min ədəd ərzaq yumurtası
“Yaraq-Qazmalar” buraxılış məntəqəsi vasitəsilə Rusiyaya daxil
olub.

Daxil olan bütün ərzaq yumurtalarının yoxlanıldığı və Rusiyanın
müvafiq tələblərinə cavab verdiyi bildirilib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun