Bakı. Trend:
2024-cü ilin yanvar-aprel aylarında İran vətəndaşları Türkiyədə
707 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü
ilə müqayisədə 1 114 obyekt azdır.
Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz
Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Məlumata görə, bu ilin aprel ayında İran vətəndaşları Türkiyədə
117 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin aprel ayı ilə
müqayisədə 260 obyekt azdır.
Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyədə 75 min 569
mənzil satın alınıb ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə
11,8 faiz azdır.
Məlumata görə, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyədə 355
min 173 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə
müqayisədə 3,7 faiz azdır.
2024-cü ilin aprel ayında Türkiyədə xarici vətəndaşlara 1 272
mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 50,3
faiz azdır.
Eyni ilin yanvar-aprel aylarında əcnəbi vətəndaşlar Türkiyədən 6
min 957 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə
müqayisədə 48,4 faiz azdır.





























