
Bakı. Trend:
Maliyyəçilər bu dəfə Şuşada “İqtisadiyyatı güclü olan dövlət hər
şeyə qadirdir” adlı forumda toplaşdılar. Financial Chain
Corporation və Gənc Mühasiblər İctimai Birliyinin birgə təşkil
etdiyi forum Qarabağ maliyyəçilərin gözü ilə və işğaldan azad
olunmuş rayonlarımızın abadlaşması mövzusuna həsr edilmişdir.
Açılış nitqi ilə forum iştirakçılarını salamlayan FCHAIN-nin Baş
direktor müavini Valid Hüseynov və Gənc Mühasiblər İctimai
Birliyinin sədri Solmaz Əliyeva işğaldan azad edilmiş Qarabağımızda
olmaqlarından böyük fəxr hissi duyduqlarını və bu qələbə uğrunda
canından keçmiş igid oğul və qızlarımızın xatirəsini dərin
ehtiramla andıqlarını bildirdilər.
Forumun spikerləri Mirəli Kazımov, Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris
Mərkəzinin rəis müavini, Mehdi Babayev, Bakı Hesabat Mərkəzinin
direktoru, Mehriban İmanova, Naxçıvan Muxtar
Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə
Tədris Mərkəzinin direktoru, Kamran Bağırzadə KOBİA-nın
Regional layihələrlə iş və monitorinq şobəsinin müdiri, Əhməd
Ədmədov, Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş
İdarəsinin idarə rəisi çıxışları zamanı işğaldan azad
edilmiş ərazilərdə tədrisin inkışafını, vergi siyasətini, bu
ərazilərə maliyyə axının cəlb edilməsini və ümumilikdə
sahibkarlığın inkişafı perspektivləri ilə bağlı məsələləri diqqətə
çatdırdılar.
Tədbirin sonunda forum iştirakçılarına sertifikatlar təqdim
edildi.
Foruma böyük məmnuniyyətlə qatılaraq dəstəyini əsirgəməyən
Zetash, Herrenknecht və digər müəssisə və şirkətlərə minnətdarlıq
bildirildi.



























