Advertisement

Media nümayəndələri Zəngilanda “Ağalı” hoteldə olub (FOTO)

Zəngilan. Trend:

Media nümayəndələri Ağlıda yeni istifadəyə verilən “Ağalı”
hoteldə olublar.

Trend-in Qarabağ bürosunun məlumatına görə, jurnalistlərə
bildirlib ki, Ağalı” hoteli Zəngilan şəhər mərkəzindən 20 kilometr
məsafədə, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində
yerləşir.

Hotelin binası üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə
qonaqları foye və rahat gözləmə zonası qarşılayır. Foyenin sağ və
sol hissələrində restoranlar fəaliyyət göstərəcək. Birinci
mərtəbənin sağ qanadında 60 nəfərlik tədbir otağı, həmçinin işgüzar
görüşlər üçün 20 nəfərlik iclas zalı mövcuddur. Sol qanadda isə
xüsusi qonaqların qarşılanması üçün tədbir zalı və 76 nəfərlik
restoran var.

Hotelin ikinci və üçüncü mərtəbələri eyni tipli otaqlardan
ibarətdir. Hər mərtəbədə 39 otaq var. Həmçinin hotelin hər
mərtəbəsində fiziki məhdudiyyətli qonaqlar üçün xüsusi dizayn
edilmiş otaqlar da mövcuddur.

“Ağalı” hotelinin zirzəmi hissəsində qonaqların sağlamlıq və
istirahətini təmin etmək məqsədilə fitnes mərkəzi yaradılıb.