Advertisement

Azərbaycanla Qazaxıstan arasında yükdaşımaların həcmi 1,5 dəfə artıb

Bakı. Trend:

2023-cü ildə Azərbaycanla Qazaxıstan arasında yükdaşımaların
həcmi 1,5 dəfə artaraq 4,3 milyon ton təşkil edib.

Trend xəbər verir ki, Orta Dəhliz üzrə yükdaşımaların həcmi 65
faiz artaraq 2,8 milyon tona çatıb.

2023-cü ildə ticarət dövriyyəsinin həcmi 314 milyon təşkil
edib.

İndiyə kimi Azərbaycan Qazaxıstana 211,4 milyon dollar,
Qazaxıstan isə Azərbaycan iqtisadiyyatına 114 milyon dollar
investisiya yatırıb.