Advertisement

Türkiyə Azərbaycanın mövqeyini dəstəkləyib və dəstəkləyir – Ərdoğan

Bakı. Trend:

Azərbaycan Ermənistanla uzunmüddətli sülhə sadiqliyini dəfələrlə
nümayiş etdirib. İrəvandan da oxşar mövqe gözləyirik.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasının yekunlarına dair
brifinqdə bildirib.

Türkiyə lideri əmin edib ki, Ankara Bakı ilə İrəvan arasında
uzunmüddətli sülhün nail olunmasına maksimum töhfə verməyə davam
edəcək.

“Türkiyə Azərbaycanın mövqeyini dəstəkləyib və dəstəkləyir”, –
deyə Türkiyə Prezidenti vurğulayıb.

Eyni zamanda, siyasətçi Ermənistan tərəfindən işğal olunmuş 4
kəndin Azərbaycana qaytarılması barədə razılaşmadan məmnunluğunu
ifadə edib.

Türkiyə dövlətinin başçısı Azərbaycanla əlaqələrin səviyyəsini
yüksək qiymətləndirib və buna misal olaraq Türkiyənin zəlzələdən
zərər çəkmiş Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin
tikintisi layihəsini qeyd edib.

“Kahramanmaraşda tikilən evlər ölkələrimiz arasındakı qırılmaz
qardaşlıq bağlarının növbəti simvoludur”, – deyə Türkiyə Prezidenti
vurğulayıb.