Advertisement

İngiltərə Premyer Liqası: “Arsenal” liderliyə yüksəlib

Bakı. Trend:

İngiltərə Premyer Liqasında XXVIII tura start verilib.

Trend-in
məlumatına görə, ilk oyun günündə beş matç baş tutub. “Mançester
Yunayted” doğma meydanda “Everton”u 2:0 hesabı ilə məğlub edib. Hər
iki qol penaltidən vurulub. Bruno Fernandeş 12-ci, Markus Reşford
isə 36-cı dəqiqədə fərqlənib.

Digər maraqlı oyunda “Arsenal” və “Brentford” komandaları üz-üzə
gəliblər. Qarşılaşma London təmsilçisinin 2:1 hesablı üstünlüyü ilə
yekunlaşıb.

“Arsenal”dan Deklan Rays və Kay Haverts, qonaqlardan isə Yoane
Vissa fərqləniblər.

Qeyd edək ki, bu nəticədən sonra xallarını 64-ə çatdıran
“Arsenal” liderliyə yüksəlib. “Mançester Yunayted” isə 47 xalla
altıncı pillədə qərarlaşıb.