
Bakı. Trend:
İranda prezident seçkilərinin 28 iyunda keçirilməsinə qərar
verilib.
Trend-in məlumatına görə, bununla əlaqədar ötən gün İranın 1-ci
vitse-prezidenti, Məhkəmə Sisteminin sədri Qulamhüseyn Mohseni
Ejeyi və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın iştirakı
ilə iclas təşkil olunub.
İclasda İran konstitusiyasının 131-ci maddəsinə əsasən 50 gün
ərzində prezident seçkilərinin keçirilməsi ilə əlaqədar fikir
mübadiləsi aparılıb.
Qərara alınıb ki, 30 may -3 iyun aralığında namizədlərin
qeydiyyatı prosesi həyata keçiriləcək.
Təbliğat-təşviqat kampaniyasının 12 iyundan -27 iyunadək
keçirilməsi qərara alınıb.
Əlavə edək ki, İran konstitusiyasının 131-ci maddəsinə əsasən,
İran prezidenti öldükdə, vəzifəsindən uzaqlaşdırıldıqda, istefa
verdikdə, 2 aydan çox xəstələndikdə İranın Ali Liderinin razılığı
əsasında 1-ci vitse-prezident prezidentin vəzifələrini müvəqqəti
icra edir. Maksimum 50 gün ərzində yeni prezident seçilməlidir.
Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici
işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz
üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan
vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan
helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza
nəticəsində 9 nəfər həlak olub.





























