Advertisement

Türkiyədə sərnişin avtobusu yük maşını ilə toqquşub, xeyli sayda yaralı var

Bakı. Trend:

Türkiyənin Afyonqarahisar şəhərinin Sandıqlı qəsəbəsində avtobus
yük maşını ilə toqquşması nəticəsində 17 nəfər yaralanıb.

Trend xəbər
verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, Afyonqarahisar-Antalya yolu ilə hərəkət edən
sərnişin avtobusu suvarma borusu daşıyan yük maşını ilə
toqquşub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, onlardan
3-nün vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları və tibbi personal cəlb
olunub.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun