
Bakı. Trend:
Xalq Bank Digital Card sahibləri üçün yeni kampaniyaya start
verir. Kampaniya ərzində Digital Card vasitəsilə aparılan Apple
Pay/Google Pay ödənişləri kart sahibinə 15 AZN-dək keşbek
qazandıracaq. Belə ki, müştərilər ilk 5 ödənişdən müvafiq olaraq 1,
2, 3, 4 və 5 AZN qazana biləcəklər. Hər bir əməliyyatın minimal
məbləği 10 AZN olmalıdır.
Kampaniya 20 iyunadək qüvvədədir.
Qeyd edək ki, Digital Card XalqOnline istifadəçiləri üçün
nəzərdə tutulan rəqəmsal debet kartıdır. Kartı banka gəlmədən və
vaxt itirmədən birbaşa XalqOnline tətbiqində əldə edərək
aktivləşdirmək mümkündür. Digital Card vasitəsilə rahatlıqla onlayn
ödənişlər həyata keçirə və kartı Google Pay və Apple Pay
cüzdanlarına əlavə etməklə təmassız ödənişləri icra etmək olar.
Kart AZN valyutasında və pulsuz təqdim edilir, istifadə müddəti 1
ildir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın
filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi
internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif
sosial şəbəkə səhifələrindən əldə etmək olar.



























