Advertisement

Avstraliya vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə edir

Bakı. Trend:

Avstraliya vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə edir.

Trend xəbər
verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq
“X” platformasında məlumat paylaşıb.

Məlumata görə, Avstraliyanın Hərbi Hava Qüvvələri ölkə
vətəndaşlarını təxliyə etmək üçün iki reys həyata keçirəcək.
Avstraliya Xarici İşlər Nazirliyi sərnişinlərin yerləşdirilməsi
üçün qeydiyyatdan keçmiş Avstraliya konsulluqları ilə əlaqə
saxlayacaq.

Nazir həmçinin Avstraliya hökumətinin zərurət olarsa, əlavə
reyslərin təşkili üçün də işlər gördüyünü qeyd edib.

Avstraliya XİN-in məlumatına görə, Yeni Kaledoniyada yüzlərlə
Avstraliya vətəndaşı var. Bunlardan 300-ü iğtişaşlar başladıqdan
sonra Avstraliyaya qayıtmaq üçün müraciət edib.

Qeyd edək ki, Parisdə Yeni Kaledoniyada 10 il yaşayan Fransa
sakinlərinə əyalət seçkilərində səsvermə hüququ verən qanun
layihəsinin qəbul edilməsi adada iğtişaşlara səbəb olub.
İğtişaşlarda indiyədək 6 nəfər həlak olub.

Fransa hökuməti adaya çox sayda hərbçi, polis, jandarma
qüvvələri və xüsusi xidmət orqanlarının əməkdaşları göndərib.

Yüzlərlə etirazçı həbs edilib, bütün nümayiş və aksiyalar, eləcə
də, sosial şəbəkələr qadağan edilərək bağlanılıb. Jurnalistlərin
adaya girişi məhdudlaşdırılıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun