
Bakı. Trend:
Azərbaycanla Qazaxıstan arasında tələbə mübadiləsi həyata
keçiriləcək.
Trend xəbər verir ki, bu,
Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan
Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində
əməkdaşlıq haqqında 2017-ci il 3 aprel tarixli Sazişə dəyişikliklər
edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında” qanun
layihəsində əksini tapıb.
Layihəyə əsasən, tərəflər hər il bakalavriat proqramları üzrə 3
nəfər, magistratura proqramları üzrə 5 nəfər, doktorantura
proqramları üzrə 2 nəfər, əsas (baza ali) tibb təhsili və
rezidentura proqramları üzrə 2 nəfər tələbənin bərabər sayda
mübadiləsini həyata keçirəcək.
Azərbaycan tərəfi texniki və texnoloji ixtisaslar qrupu üzrə 3
nəfərin (bakalavriat -1, magistratura -1, doktorantura-1),
humanitar və sosial ixtisaslar qrupu üzrə – 3 nəfərin (bakalavriat
-1, magistratura -1, doktorantura -1), iqtisadiyyat və idarəetmə
ixtisasları qrupu üzrə – 3 nəfərin (bakalavriat -1,
magistratura-2), təbiət ixtisasları qrupu üzrə – 1 nəfərin
(magistratura-1), əsas (baza ali) tibb təhsili üzrə ixtisaslar
qrupu üzrə və rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan
ixtisaslar üzrə – 2 nəfərin təhsilini təşkil edəcək.
Qazaxıstan tərəfi informasiya və kommunikasiya texnologiyaları,
mühəndislik, emal və tikinti sənayesi üzrə – 5 nəfər (bkalavriat-1,
magistratura -3, doktorantura-1), kənd təsərrüfatı və bioresurslar,
incəsənət və humanitar elmlər, sosial elmlər, jurnalistika və
informasiya, biznes, idarəetmə və hüquq üzrə 5 nəfər (bakalavriat
-2, magistratura-2, doktorantura-1), səhiyyə və sosial təminat
(tibb) ixtisasları üzrə – 2 nəfərin (fasiləsiz inteqrə olunmuş tibb
təhsili proqramı (6 il) və rezidentura (5 ilədək təhsil) təhsilini
təşkil edəcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir
oxunuşda qəbul edilib.





























