Advertisement

Artıq atamla dərdləşməyə məzarı var – Şəhidin qızı

Bakı.Trend:

Atamla fəxr edirəm.

Trend xəbər verir ki, bunu şəhid Xasiyev Elşənin qızı Xəyalə
deyib.

“Mən atamın yolunu həsrətlə gözləyirdim. Kaş sağ gələrdi,
boynumu qucaqlayaraq “qızım” deyərdi. Heç bir övlada, qıza ata
həsrəti arzu etmirəm. Allah Prezident İlham Əliyevdən razı olsun,
cansız da olsa nəşini tapdılar, artıq atamla dərtləşmək üçün
gedəcək bir məzarı var”,- deyə qızı qeyd edib.

Xəbər yenilənəcək