Bakı. Trend:
Azərbaycanda COP29-la bağlı vergi güzəştləri tətbiq
ediləcək.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə təklif edilən
dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş
Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29)
Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar malların təqdim
edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb
olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində
əldə etdiyi gəlirlər-2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir
vergisindən azad edilir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü
oxunuşda qəbul edilib.



























