Advertisement

Yığmamız üçün üç ölkədən hakimlər təyin olunub

Bakı. Trend:

Qızıl Avropa Liqasında mübarizə aparan qadın voleybolçulardan
ibarət Azərbaycan millisinin bu həftə keçiriləcək oyunlarına
təyinatlar açıqlanıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, yığmamızın matçlarında Macarıstan,
Moldova və Rumıniyadan olan hakimlər ədaləti qoruyacaqlar.

Komandamız ilk oyun günündə Rumıniya ilə görüşəcək. Meydan
sahibləri ilə matçın ertəsi gün rəqibimiz İsveç olacaq.

Qızıl Avropa Liqası (qadınlar)
II mərhələ
24 may
17:00. Azərbaycan – Rumıniya
Hakimlər:
Laslo Adler (Macarıstan), Andrey Taran
(Moldova)
Alba Blaj. “Polivalenta”

25 may
17:00. İsveç – Azərbaycan
Hakimlər:
Boqdan Laurentiu Stoyka (Rumıniya), Laslo Adler
(Macarıstan)
Alba Blaj. “Polivalenta”