Advertisement

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti bir sıra layihələrin icrasını planlaşdırır – Baş direktor

Quba. Trend:

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 10-dan çox layihənin
icrasını planlaşdırır.

Bu barədə Trend-ə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin
baş direktoru Nazim Hacıyev bu gün Qubada keçirilən II
Özbəkistan-Azərbaycan Regionlararası Forumun kuluarlarında
deyib.

“Həm Özbəkistanda Azərbaycanda, həm də Özbəkistan şirkətlərinin
Azərbaycanda layihələri var və biz onların bəzilərini bu il həyata
keçirməyə başlayacağıq”, – deyə N.Hacıyev bildirib.

Onun sözlərinə görə, bu layihələr idxalın əvəzlənməsi
nöqteyi-nəzərindən, strateji sahələrdə vacibdir və sosial əhəmiyyət
kəsb edir.

“Biz qida məhsulları istehsalı, tekstil, maliyyə lizinqi
sahəsində layihələr üzərində çalışırıq, həmçinin özəl məktəb
layihəsi də var”, – deyə baş direktor əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun