Bakı. Trend:
Böyük Britaniyanın baş naziri Rişi Sunak 1970-90-ci illərdə
ölkədə minlərlə pasiyentin yoluxmuş qan köçürülməsi nəticəsində HİV
və hepatit C virusuna yoluxduğunu xəbər verən araşdırmadan sonra
mayın 20-ni “rüsvayçılıq günü” elan edib.
Trend xəbər
verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında dərc
olunmuş məlumatda deyilir.
Aparılan 5 illik tədqiqat nəticəsində məlum olub ki, 1970-90-cı
illərdə Böyük Britaniyada 30 mindən çox pasiyent keyfiyyətsiz tibbi
yardım nəticəsində ölümcül virusa yoluxub. Virusa yoluxmuş
pasiyentdən 3 min nəfərin öldüyü qeyd olunub.
Baş nazir Rişi Sunak Böyük Britaniya hökumətinin adından ölən
pasiyentlərin ailələrindən üzr istəyib və bunun ölkə üçün
rüsvayçılıq olduğunu qeyd edib.





























