
Bakı. Trend:
10 komandanın iştirakı ilə Peşəkar Çövkən Liqasına start
verdik.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Atçılıq
Federasiyasının vitse-prezidenti Bəhruz Nəbiyev deyib.
O bildirib ki, bu idman növü bir çox məqamlara görə mühüm
əhəmiyyət kəsib edir: “Milli cinsin inkişafı, eyni zamanda qədim
atüstü oyunlarımızın inkişafı naminə görülən addımlardır.
“Prezident kuboku” yarışlarımız il ərzində keçirildi. İndi isə
məqsədimiz il ərzində mütəmadi çempionatının təşkili idi ki, bu da
Peşəkar Çövkən Liqası sayəsində baş tutacaq. Bu liqa növbəti
illərdə 10 deyil, daha çox komanda ilə davam edəcək”.
Nəbiyevin sözlərinə görə, oyunlara giriş pulsuz olacaq:
“Azarkeşlər sərbəst şəkildə gəlib yarışa baxa bilərlər. Bunun üçün
bir çox şərait yaradılacaq”.
Qeyd edək ki, Peşəkar Çövkən Liqası dekabrın 3-4-də başa
çatacaq.





























