Advertisement

Səabil rayonunda saxlanılan narkokuryerdən 7 kiloqram marixuana aşkar olunub

Bakı. Trend:

Səabil rayonunda saxlanılan narkokuryerdən 7 kiloqram marixuana
aşkar olunub.

Daxili İşlər Naizliyindən Trend-ə verilən məlumata görə, Səbail
Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 8-ci Polis
Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin
qarşısının alınması məqsədilə əməliyyat keçirib. Tədbir nəticəsində
1999-cu il təvəllüdlü Fərid Şahverdiyev saxlanılıb. Ondan 7
kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən narkotik
vasitə marixuana aşkarlanıb. F.Şahverdiyev şəxsiyyəti istintaqla
araşdırılan və sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı
tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. O,
narkotikləri deyiləcək yerə qoyandan sonra bu fəaliyyətinin
müqabilində maddi qazanc əldə edəcəkmiş.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam
etdirilir.