
Bakı. Trend:
Rumıniya vətəndaşları şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səyahət
edə biləcək.
Trend türk KİV-lərinə
istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğan Rumıniyanın baş naziri Marsel Çiolaku ilə birgə mətbuat
konfransında bildirib.
Ərdoğan qeyd edib ki, bununla bağlı qayda həyata keçirilib.
“Fürsətdən istifadə edərək bildirmək istərdim ki, Rumıniya
vətəndaşlarına şəxsiyyət vəsiqəsi ilə ölkəmizə səyahət etmək imkanı
verəcək qaydanı həyata keçirmişik”, – o əlavə edib.





























