Advertisement

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 8 şübhəli həbs olundu

Bakı. Trend:

Türkiyədə Manisa başda olmaqla İstanbul, İzmir, Kahramanmaraş,
Bursa, Malatya və Somada İŞİD-ə qarşı əməliyyat keçirilib.

Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, əməliyyat zamanı 10 şübhəli saxlanılıb. Məhkəmə
qərarı ilə onlardan 8-i həbs edilib, 2-si şərti azadlığa
buraxılıb.

Qeyd edilir ki, axtarışlarda 3 silah, rəqəmsal materiallar və
təşkilati sənədlər də götürülüb.